Şəkidə 4 nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Məzahir Abbasov küçəsində yerləşən evlərdən birində baş verib.

Həmin evdə yaşayan 33 yaşlı Ələsgər Cəfərov, 65 yaşlı Fərahim Muradov, 44 yaşlı Zöhrab Hənifəyev və 33 yaşlı Lətif Mehdizadə dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, onlar həmin evdə kirayə qalırmış.

Seymur Əli

***21:47

Mingəçevir şəhərində qadın dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Günəşli yaşayış massivi ərazisində baş verib.

Axşam saatlarında yaşadığı evdə dəm qazının təsirindən halsız duruma düşən 1986-cı il təvəllüdlü Abbasova Arzu Əkbər qızı xəstəxanaya çatdırılıb.

Ehtiram Muradov