Goranboyda yola qum səpən maşın qəzaya düşüb.
"Unikal"ın məlumatına görə, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib. Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.
Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəllüdlü əməkdaşı Qafarov Əfqan Həbib oğlu çoxsaylı bədən xəsarətləri alıb.
Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov