Mingəçevirdə avtomobil aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Naxçıvan küçəsi üzərində yerləşən nəqliyyat körpüsü həndəvərində baş verib.

İdarəetmədən çıxan "BMV" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində sürücü və ər-arvad olan sərnişinlər müxtəlif bədən xəsarətləri alıb.

Hadisədən yüngül qurtulan bir nəfərə yerindəcə tibbi yardım göstərilib.

Durumu daha ciddi olanlar isə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmaya başlanılıb.

Ehtiram Muradov