Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HYUNDAI” markalı avtomobilin idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı sudaşıyan avtomobilə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “HYUNDAI” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsönsürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***09:34

Şəmkir rayonunda iki yük maşını toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı yük maşını digər "Zil" markalı su maşınına arxadan çırpılıb. FHN-nin DYMX-nin Şəmkir rayon DYMH-nin Yanğınsöndürən Xilasediciləri tərəfindən bir nəfər sürücü ağır dərəcəli xilas edilib. Yaralı xəstəxanaya yerləşdirilib.  

Ölən şəxs Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Həsənov, xəsarət alan şəxsin isə 1985-ci il təvəllüdlü Anar Sərdarovdur. Xilasedicilər tərəfində meyit aidiyyatı üzrə təhvil verilib.

Tural Əhmədov