Rio-de-Janeyroda başlayan leysan yağışları nəticəsində azı 11 nəfər həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə Braziliya KİV-ləri məlumat yayıb. 

Bildirilib ki, şəhərin əsas magistrallarını su basıb, yerüstü nəqliyyatın və metronun fəaliyyəti dayandırılıb: "İnsanların ölümünə səbəb sürüşmə və elektrik cərəyanı vurması olub. Zərərçəkənlərin axtarışları davam edir".

Bələdiyyə beş mümkün təhlükə səviyyəsindən dördüncü səviyyəni elan edib. Mer Eduard Paes şəhərdə fövqəladə vəziyyət elan edib.

Ağarza Elçinoğlu