Zaqatalada avtomobilin vurduğu daun xəstəsi xəstəxanada vəfat edib.

"Unikal" xəbər verir ki, dekabırın 22-si gecə saatlarında rayonun Əliabad qəsəbəsində piyada, 25 yaşlı İbrahim Daşdəmirov, Elgüc Hacımuradovun idarə etdiyi minik avtomobili tərəfindən vurulmuşdu. 25 yaşlı İbrahim Daşdəmirov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxsnada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli