Yaponiyanın xarici işlər naziri Kamikava Yoko sabahTürkiyəyə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"2024-cü il Türkiyə ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümüdür. Münasibətlərimiz üçün xüsusi məna kəsb edən bu yubiley münasibətilə Yaponiyanın xarici işlər naziri Kamikava Yoko 2024-cü il yanvarın 16-da nazirimizin qonağı kimi ölkəmizə səfər edəcək. Görüşlər zamanı ikitərəfli münasibətlərimizin bütün aspektlərinin müzakirəsi, cari beynəlxalq və regional hadisələrə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - deyə Türkiyə XİN-in məlumatında deyilir. 

Nuranə Abbasova