Urmiya gölünün bərpası üçün YUNESKO-ya müraciət edildi.

"Unikal" xəbər verir ki, Urmiya gölü ilə bağlı süjetdə "bura səhra deyil, Yaxın Şərqin ən böyük duzlu gölü, əsas turistik yerlərdən biridir. İndi isə, artmeia, maral, flaminqo və qutan kimi heyvanlar üçün məzarlığa çevrilib. Gözəlliklə dolu olan, amma quruyan göl. Təəssüf ki, 30 min illik göl indi duzlu bataqlığa çevrilməkdədir".-deyilir. 

Quraqlığın bir sıra mənfi təsirləri var: 
1. Xərçəng və tənəffüs kimi xəstəliklərə səbəb olur
2. Heyvanların təbii yaşayış mühiti məhv olur
3. Su və qida ehtiyatları çatışmır
4. Ən pisi isə, şəhər əhalisinin azalmasıdır.

Təəssüflər olsun ki, Urmiya sakinləri şəhəri tərk edirlər. İndiyə qədər heç bir media və ya İranın hökumət rəsmiləri bu fəlakətin dərinliyinə inanmırlar. 

YUNESKO-nun himayəsində olan ərazi və milli park tamamilə quruyur. YUNESKO-dan istəyimiz odur ki, gölün yenidən bərpası üçün təcili tədbirlər görsün.