Bakıda sexdə yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli avtomobil təmiri sexində təmirə dayanan "Daewoo" markalı minik avtomobilinin salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.