Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb. Qəzadan sonra avtomobil yanıb. Nəticədə o hadisə yerində həyatını itirib.

Araşdırma aparılır.