Avropa Parlamenti (AP) Azərbaycanda fevralın əvvəlində keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə AP-nin aparıcı deputatlarının bəyanatında deyilir.
Sənəddə deyilir: “Avropa Parlamenti seçki prosesini müşahidə etməyəcək və buna görə də prosesin özü və ya onun nəticələrini şərh etməyəcək”.
Avropa Parlamenti aydınlaşdırıb ki, deputatlardan heç birinə Azərbaycandakı seçkiləri müşahidə etmək və onlara münasibət bildirmək səlahiyyəti yoxdur.
Dekabrın əvvəlində Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyini bəyan edib.
 

Gültəkin Ələsgər