"Qırğızıstan hakimiyyəti iki dəfə dövlət çevrilişinin qarşısını alıb".

"Unikal" xəbər verir ki, bunu “Kabar” agentliyinə müsahibəsində respublika prezidenti Sadır Japarov deyib.

Onun sözlərinə görə, həmin ərəfədə narazılığı artırmaq və etiraz mitinqlərində kütləvi iğtişaşlar hazırlamaq üçün qətllər və partlayışlar planlaşdırılıb.

"Amma xalq onların arxasınca getməyəcək. Onların kütləsi yoxdur. Onlar ancaq kiminsə arxasında gizlənirlər, satqınlıq və intriqa ilə məşğul olurlar. Onların arasında hakimiyyətə can atanlar da var, bizim gəlişimizlə artıq güc tapa bilməyənlər də var. Daha doğrusu, bunlar əvvəllər xəzinədən oğurluq edib vergi ödəməkdən yayınan, milyardlarla dollar gəlirlərini gizlədənlərdir”, - deyə o, üçüncü qüvvələrin ölkədəki narazılıqdan istifadə etmək niyyəti ilə bağlı sualı cavablandırarkən bildirib.

Japarov onu da bildirib ki, ölkədəki ilk iki inqilab xaricdən maliyyələşdirilib. Eyni zamanda, onun sözlərinə görə, 2020-ci ildə baş verən çevriliş qəfil olub və xaricdən dəstək olmayıb.

Yanvarda “KG Group” tikinti şirkətinin rəhbəri İmamidin Taşov və fəal Tiləkmət Kürenov dövlət çevrilişi hazırlamaqda ittiham olunaraq axtarışa verilib. Bundan əlavə, onlara yaxın olan bir neçə nəfər saxlanılıb.