Şəkidə yaşayış evində partlayış olub.

"Unikal" xəbər verir ki, hadisə Vərəzət  kəndində baş verib. Belə ki, partlayış zamanı kənd sakini 1959-cu il təvəllüdlü Feyziyev Arif Tapdıq oğlu xəsarət alıb və yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli