Türkiyənin "Fənərbağça" klubu futbolçusu Umut Nayiri icarəyə verib.
"Unikal" xəbər verir ki, 30 yaşlı mərkəz hücumçusu mövsümün sonunadək "Pendikspor"da çıxış edəcək.
Qeyd edək ki, ötən ilin yayında İstanbul nəhənginə keçən futbolçu bu mövsüm 13 matçda meydanda olub.