Xəbər verdiyimiz kimi, ötən gün “Volkswagen Touareg” markalı, “90-GD-390” dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda dəmir arakəsmələrə dəyib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə yerində ölən Davud Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşıdır.
Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
Murad İbrahimli