Qəbələdə 22 yaşlı oğlan itkin düşüb.
"Unikal" xəbər verir ki, Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev dünən səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.
Fərid Mizəliyevin əynində evdən çıxarkən qara idman dəsti olub.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, F. Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.
Seymur Əli