Bakıda vaqon deposunda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda Şimal vaqon deposunun ərazisində ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı texniki xidmət məntəqəsinin 1 otağının tavanı 12 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

Məntəqənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.