Ağstafada "TIR" aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt- Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "DAF" (TIR) markalı yük maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, yük avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov