Yanvarın 16-sı səhər saatlarında itkin düşən 13 yaşlı Quba şəhər sakini Məlikov Əli Vüsal oğlu tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

*** 17:41

Quba rayonunda məktəbli itkin düşüb.

"Unikal"ın məlumatına görə, Quba şəhər 2 saylı tam orta məktəbin 7-ci sinif şagirdi 2011-ci il təvəllüdlü Əli Məlikov səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərslərdə iştirak etməyib. 

Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun tapılması istiqamətində axtarışlara başlanılıb. 

Xanlar Qaraca