16.01.2024-cü il tarixində saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
"Unikal"ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata əsasən, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
*** 20:47
Bakıda yaşayış binasında lift qırılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.
İlkin ehtimala görə dörd nəfər xəsarət alıb.