Gəmi sığortaçıları Qırmızı dənizdən keçən ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli gəmilərə xidmət göstərməmək üçün müharibə riski sığortası siyasətlərini məhdudlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə “Bloomberg” “Marsh” sığorta şirkətinin dəniz və yükdaşımaları departamentinin rəhbəri Markus Beykerə istinadən məlumat yayıb .Onun sözlərinə görə, sığortaçılar ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli gəmilərin sığortalanması imkanını istisna edən siyasətlərə müvafiq bəndlər əlavə etməyə başlayırlar. "Demək olar ki, hər kəs məhdudiyyətlər siyahısına buna bənzər bir şey əlavə edir" deyə Baker bildirib.

Dəniz Hərəkəti Xidmətinin məlumatlarına görə, yanvar ayında Qırmızı dənizdən keçən ticarət gəmilərinin sayı ABŞ və Britaniyanın Yəməndəki Husi hədəflərinə hücumları fonunda keçən ayla müqayisədə yarıdan çox azalıb. Beləliklə, cümə günündən başlayaraq üç gün ərzində 114 ticarət gəmisi, o cümlədən neft tankerləri Bab əl-Məndəb boğazından keçib. Bir həftə əvvəl eyni dövrdə ən azı 130 gəmi Bab əl-Məndeb boğazını, keçən il dekabrın ortalarında isə 270-dən çox gəmi keçib.