İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə endirdiyi zərbə ölkənin hava məkanının pozulmasıdır və bu, ağır nəticələrə səbəb ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin saytında yayımlanmış bəyanatda deyilir. 

"Pakistan İranın əsassız olaraq hava məkanını pozmasını və iki günahsız uşağın ölümü və üç qızın yaralanması ilə nəticələnən Pakistan ərazisinə zərbə endirməsini qətiyyətlə pisləyir. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər", - deyə etiraz notasında qeyd olunur. 

Qeyd edək ki, İran Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. İddialara görə, orada "terror qruplaşmaları" olub.