"Airbus" şirkəti "Iran Air"ə çatdırılması nəzərdə tutulan 100 təyyarəni sifariş portfelindən çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə istehsalçının 2023-cü il hesabatında deyilir. 

Məlumata görə, təchizat müqaviləsi 2016-cı ilin sonunda imzalanıb, ABŞ İrana qarşı sanksiyaları bərpa etdikdən sonra saziş dondurulub.

Nüvə sazişi çərçivəsində 2016-cı ildə İrana qarşı bəzi məhdudiyyətlər aradan qaldırılıb. Bundan sonra ölkə "Airbus" ilə 100 təyyarənin tədarükü ilə bağlı razılığa gəlib. Lakin hazırda həmin sifarişlər ləğv edilib. 

Ağarza Elçinoğlu