Qırğızıstanın paytaxtı Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat verib.  Bildirilir ki, helikopter Bişkekdə Qırğızıstan Silahlı Qüvvələrinin Hərbi İnstitutunun yerləşdiyi ərazidə qəzaya uğrayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Qəzanın digər təfərrüatları açıqlanmayıb. Qırğızıstan müdafiə naziri Baktıbek Bekbolotov helikopterin qəzaya uğradığı yerə gəlib.