Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində "Avanqard" polimer zavodunda partlayış baş verib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Rostov vilayətinin qubernatoru Vasili Qolubevin sözlərinə görə, yaralılardan altısı xəstəxanaya yerləşdirilib. 

Ağarza Elçinoğlu