Dünya şöhrətli aktyor Arnold Şvartseneqqer Münhen hava limanında saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Şvartseneqqer gömrük yoxlaması zamanı saxlanılıb. Problemlər aktyorda İsveçrənin Audemars Piguet şirkətinin dəbdəbəli saatının tapılması səbəbindən yaranıb. Arnold

Şvartseneqqer, onları hərraca çıxaracağını iddia edib.

Sənətçi oradan Avstriyanın Kitzbühel şəhərinə getmək üçün Bavariyanın paytaxtına uçub. Orada Ümumdünya İqlim Sammiti keçirilir.