Şamaxıda bu gün iki nəfər dəm qazından zəhərlənib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Gülər Rəşid qızı və rayon sakini 1959-cu il təvəllüdlü İsrayılov İsrayıl Kərəm oğlu dəm qazından zəhərləniblər.

Onlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Vəziyyətləri orta ağırdır.