ABŞ “Ənsar Allah” üsyançı hərəkatı olan  Yəmən husilərini yenidən terror təşkilatı adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat verib.

“ABŞ daha çox husilər kimi tanınan Ənsar Allah hərəkatını terror təşkilatı siyahısına salır”, - deyə bəyanatda bildirilir.

Onun sözlərinə görə, tədbirlər husilərin Qırmızı dəniz və Ədən körfəzində gəmilərə davam edən hücumları ilə əlaqədar görülüb.

O qeyd edib ki, Birləşmiş Ştatlar öz hərəkətləri ilə vəziyyəti gərginləşdirmək üçün “Husilərə təzyiq göstərməyə” ümid edir.

Vaşinqton həmçinin husilərin gəmilərə hücumlarını dayandıracağı təqdirdə onları siyahıdan çıxarmağa hazırdır.

O əlavə edib ki, qərar 30 gündən sonra qüvvəyə minəcək.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası 2021-ci ilin yanvarında prezidentlik müddətinin sonunda Ənsar Allahı terror təşkilatı elan edib. Həmin ilin fevralında indiki dövlət başçısı Co Baydenin administrasiyası husiləri bu siyahıdan çıxarıb.