17.01.2023-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.
STM-dən "Unikal"a verilən məlumata görə, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.
1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.
2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.
Briqadalar hazırda hadisə yerindədir.
*** 00:10
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, 1 nəfər sakin tüstüdən boğulma ilə Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.