Sumqayıtda yanğın baş verən yataqxana qazlaşmayıb.
"Unikal" xəbər verir ki, bunu Azəriqaz İB-nin sözçüsü Eldəniz Vəliyev deyib.
"Sumqayıt şəhərində kollecin yataqxanasında yanğın baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hadisənin baş vermə səbəbini hüquq mühafizə orqanlarının istintaqından sonra hamımız biləcəyik", - deyə qurum rəsmisi qeyd edib.