Marsel “Olimpik”i yeni transferi gerçəkləşdirib.

"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Fransa təmsilçisi “Yanq Boyz”un müdafiəçisi Ulisses Qarsiya ilə anlaşıb.

Marsel təmsilçisi 28 yaşlı isveçrəli futbolçu üçün 4 milyon avro ödəyib. Müqaviləyə əsasən isveçrəli 2028-ci il iyunun 30-na qədər bu kluba məxsus olacaq. 

Qarsiya əvvəllər “Verder” və “Nürnberq” klublarında çıxış edib.