"Yanğının qarşısının alınması üçün bütün tədbirlər görülüb.

Bunu "Unikal"a açıqlamasında Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəisi, polkovnik Mirfuad Mahmudov deyib. 

"Yanğın binanın əsasən dam örtüyünü və ikinci mərtəbəni əhatə edib. Sakinlər binadan təxliyə olunub. Yanğın tam söndürülüb, soyutma işləri aparılır", - deyə FHN rəsmisi bildirib.