Bakıda “Coca-Cola”nın biabırçı saxta məhsulu üzə çıxdı
21:13 27-04-2013
İQTİSADİYYAT
Bakıda “Coca-Cola”nın biabırçı saxta məhsulu üzə çıxdı
Necə oldu ki, “Fanta” içkisi qəfil bulannıq maddəyə çevrildi?
Azərbaycanda içki bazarında hegemonluq edən “Coca Cola” şirkətinin saxta və keyfiyyətsiz məhsulları barədə dəfələrlə yazmışıq. Bu barədə mətbuatda da kifayət qədər faktlar açıqlanıb. Amma, nədənsə şirkətin istehsal etdiyi saxta məhsullara qadağa qoyulmayıb. Nəticədə spirtsiz içkilər bazarında saxta və keyfiyyətsiz içkilərin sayı daha da artıb.
Bu cür saxta içkilərdən birini də bir neçə gün əvvəl aşkarladıq. Mağazalardan birindən 0,5 litrlik “Fanta” içkisi aldıq. İcki müəyyən səbəblərdən 2 gün qalmalı oldu. İçkinin üzərində AZS standartına uyğun istehsal olunması, DÜST seriyası və sair var. Üzərində “Möhtəşəm portağal dadı” yazılmış bu içki “Coca-Cola” məhsuludur.
İçki iki gün qalandan sonra doldurulduğu qabda biabırçı vəziyyətə düşdü. Portağal rəngində olan içki iki gündən sonra bulannıq bir suya çevrildi və içkidə ümumiyyətlə portağal rəngi qalmadı. İçki qabda zəhərli maddəyə bənzədi.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bu şirkətin istehsal etdiyi məhsulların tərkibinin məlum olmadığını bildirib (olaylar.az). Ekspertin sözlərinə görə, müəyyən
səbəblərdən “Coca-Cola” şirkətinin bu cür məhsullarına qadağa qoyulmur. Nəticədə şirkət saxta və keyfiyyətsiz mallar istehsal edərək satışa çıxarır: “Ümumiyyətlə “Coca-Cola” firması hansı ölkədə fəaliyyət göstərirsə, həmin ölkənin böyük vergi ödəyicilərindən olur və bu da ölkənin iqtisadi siyasətinə təsir edən amilə çatır. Ona görə də bu şirkətlə dünyada gəzən mənfi fikirlər ona təsir edə bilmir. Amma, Azad İstehlakçılar Birliyi daim təbliğat aparıb ki, tədris müəssisələri, usaq bağçalarında “Coca-Cola”içkilərinin satışı yığışdırılsın. Uşaqlar olan müəssisələrdə bu içki satılmasın. Çünki bu içkini içəndə insanın bədəninə sərinlik gəlir. Sərinlik insan orqanizminə o vaxt gəlir ki, insan bədənindən enerji ayrılır. 120 ildən artıqdır ki, bu içkinin tərkibinin açılmaması ilə bağlı söz-söhbətlər gəzir. Azad İstehlakçılar Birliyi 4 il əvvəl “Coca-Cola”nın antireklamına başlamaq barədə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırdı. Amma, onların reklamı insanların beyninə elə yeriyib ki, hətta “Coca-Cola” öz malları əvəzinə qaba bulannıq su belə töküb versə, istehlakçı həmin içkinin “Coca-Cola” olmadığını 20 ildən sonra anlayar. O qədər güclü reklamları gedir ki, artıq bu içki insanların beyninə yeriyib”.
Eyyub Hüseynov deyir ki, “Coca-Cola”nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı 8 il əvvəl ciddi problem var idi: “Yəni onların qeydiyyatdan keçməyən, üzərində son yararlılıq tarixi göstərilməyən məhsullar satışa buraxılırdı. Biz bununla bağlı mübarizə apardıq və bu faktların qarşısını aldıq. Buna baxmayaraq , hələ də “Coca-Cola”dan şikayətlər gəlməkdədir. Birinci bu şikayətlər şirkətin istehsal etdiyi malların üzərinə qiymət
yazılsa da, həmin mallar üzərindəki qiymətdən 10-20 qəpik baha satılır. Bu barədə mən şirkətin Türkiyədəki ofisinə məlumat verdim. Mənə yalnız “çox sağ ol”deməkdən başqa nəticə əldə olunmadı. Yəni qiymət siyasətində istehlakçıların soyulması prosesi gedir”.
AİB sədri deyir ki, rəhbərlik etdiyi təşkilat 3 il əvvəl “Coca-Cola”nın tərkibi ilə bağlı primitiv təcrübə apararkən dəhşətli nəticə əldə edilib. Məlum olub ki, içkinin tərkibində naməlum maddələr var və içki bir müddətdən sonra biabırçı vəziyyətə düşüb: “Adi suyun və “Coca-Cola”nın içərisinə eyni anda iki ət parçası atıldı. Su və “Coca-Cola” bir ay müddətində bu vəziyyətdə qaldı. Bir aydan sonra suda olan ət parçası pis qoxuladı, “Coca-Cola”dakı ət parçası isə heç bir qoxu vermədi və olduğu kimi qaldı. 20 gündən sonra “Coca-Cola” üç hissəyə-qırmızı, sarı və ağ rəngə ayrıldı. Ət hissəciklərə ayrılsa da, heç bir qoxu vermədi. Məlum oldu ki, adi suda təbii proses getdiyindən ət iyləndi, amma “Coca-Cola” təbii prosesin qarşısını aldığından çürümədi”.
“Coca-Cola”nın saxta mallarına gəlincə, Eyyub Hüseynov bildirdi ki, bu cür mallar bazarda da var: “”Coca-Cola” istehsal etdiyi malların qalıqları olan bozbulannıq maddələr yenidən bu içkilərin istehsalında istifadə olunur. Bu hallar əsasən regionlarda satılan mallarda aşkarlanırdı. “Fanta” içkisinin birdən birə rənginin dəyişməsinə gəlincə isə Eyyub Hüseynov bildirdi ki, bu həmin içkinin keyfiyyətsiz hazırlanmasından irəli gəlir: “Burda saxlanma şəraitindən söhbət gedə bilməz. Ola bilər ki, mal saxtadır, standartlara uyğun olmayan bir maldır, ola bilər ki, onun qablaşdırıldığı
plastik qabın tərkibindəki maddələr içkiyə miqrasiya edib. Lakin, bu isti havalarda baş verir. Bakıda isə hələ ki isti hava şəraiti müşahidə olunmur, ona görə də bunun saxta istehsal olunmasından baş verdiyi istisna olunmur”.
Samir Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40