Sumqayıtda fəhlənin ölümü ilə bağlı araşdırma aparılır
Baş prokurorluğun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib, yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırovun kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalması nəticəsində ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
***
13:18
Sumqayıtda 47 yaşlı fəhlə faciəli şəkildə ölüb.
"Unikal" xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində tikinti şirkətində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.