Lənkəranda ər və arvad dəm qazından boğularaq ölüb.
"Unikal" xəbər verir ki, rayonun Göyşaban kənd sakinləri - Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib.
Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.