Goranboyda təkəri partlayan maşın idarəetmədən çıxıb qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə Xanqərvənd kəndi ərazisində baş verib.

Təkərlərindən biri partlayan minik maşını idarəetmədən çıxaraq qəzaya düşüb. Hadisə zamanı  müxtəlif bədən xəsarətləri alan 2006-cı il təvəllüdlü sərnişin Hüseynov Rəvan Anar oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov