Masallı rayonunda fərdi yaşayış evində yanğın olub.
"Unikal" xəbər verir ki, yanğın Masallı şəhərində, 1986-cı il təvəllüdlü Maya Məhəmməd qızı Ağayevaya məxsus evdə qeydə alınıb.
Hadisə nəticəsində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 45 kvadratmetr sahədə yanıb.
İlkin məlumatda bildirilir ki, evin yanmasına səbəb odun sobasının alışmasıdır.
Qeyd edək ki, hazırda ana və 4 azyaşlı uşağın yaşadığı ev yaşayış üçün yararsız vəziyyətdədir. Ailə üzvləri müvəqqəti olaraq yaxın qohumlarının evinə yerləşiblər.