Goranboyda evdən kişi meyti aşkarlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib. Kənd sakini 37 yaşlı Tural Namazovun ailəsi onun  meytini evin vanna otağından tapıblar. Hələlik ölümün  hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli