Mingəçevirdə məktəbdə yanğın həyəcanı baş verib.

"Unikal"ın məlumatına görə, hadisə 8 saylı Mingəçevir şəhər Orta Məktəbində baş verib. Məktəbin paylayıcı elektrik şitində baş verən qısaqapanma tüstülənməyə səbəb olub. Şagirdlər təxliyə olunub.

Hadisə yerinə FHN əməkdaşları və həkim briqadası cəlb olunub.

Ehtiram Muradov