Binəqədi-Novxanı yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, bu gun saat 14:10 radələrində Binəqədi-Novxanı yolunda "BMW" markalı avtomobilin piyadanı vurması ilə bağlı məlumat daxil olub. Hadisə zamanı ağır xəsarət alan şəxs patrul avtomobili ilə dərhal yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.