Ağdaşda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

xxx

20:34

Ağdaşda yol qəzası baş verib, bacı-qardaş ağır xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə Şəmsabad kəndi yaxınlığında baş verib. Qəza zamanı ağır bədən xəsarətləri alan bir ailənin iki üzvü - 1973-cü il təvəllüdlü Məmmədova Mətanət Söhrab qızı və qardaşı 1967-ci il təvəllüdlü Məmmədov Vidadi Söhrab oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov