Gəncədə zəncirvari yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin  Köhnə avtovağzal adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" "Chvrolet Cruze" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.

Qəzadan sonra avtomobillərdən biri yol kənarındakı reklam lövhəsinə çırpılıb.

Yol qəzası zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov