Moldova prokurorları keçmiş baş nazir Vladimir Filatın maliyyə fırıldaqlarına görə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Unikal" xəbər verir ki, siyasətçi bu barədə "Facebook"da məlumat verib.

"Siyasi dosyeyə əsasən, bu gün prokuror mənə 7 il həbs istəyib", - Filat məhkəmə iclasından sonra yazıb.

Prokurorların sözlərinə görə, 2014-cü il seçki kampaniyası zamanı siyasətçi hazırda ləğv prosesində olan “Sberbank”ın Moldova filialından qeyri-qanuni çıxarılan vəsaitlərdən istifadə edib.

Müxalif Moldova Liberal Demokrat Partiyasına (PLDM) rəhbərlik edən Filat məsələni siyasi hesab edir.

"Mənim siyasətə qayıdışım çoxlarını, xüsusən də hökumətdəkiləri və şəxsən Prezident Maya Sandunu narahat etdi. Mənə dəfələrlə deyiblər ki, hazırkı hökumətin işi ilə bağlı ictimai mühakimələrimdə daha diqqətli olmalıyam", - deyə sabiq baş nazir bildirib. 

Nuranə Abbasova