Almaniyada dava zamanı Moldova vətəndaşları tərəfindən ölümcül döyülən Azərbaycan vətəndaşı Əhliman Lətifov reanimasiyadadır.
"Unikal" Birinci Qarabağ müharibəsinin qazisi olan Əhliman Lətifovun reanimasiyadan fotosunu təqdim edir:
*** 14:19
"Almaniyada davada yaralanıb sonradan öldüyü deyilən Mingəçevir sakini hələ sağdır".
Bu fikirləri yayılan məlumatlarla bağlı "Unikal"a danışan 1973 -cü il təvəllüdlü Almaniyada yaşayan azərbaycanlı miqrant Əhliman Lətifovun bacısının yoldaşı Mübariz Əliyev söyləyib. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsinin qazisi olan Əhliman Lətifovun da iştirakı ilə azərbaycanlı və moldovalı miqrantlar arasında münaqişə həftənin üçüncü günü baş verib. Daha sonra ağır xəsarətlər alan Ə.Lətifov xəstəxanaya yerləşdirilib.
M. Əliyev yaxın qohumunun ölümü ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:" Çünki Əhliman Lətifov hazırda aparata qoşulu vəziyyətdədir və həyat əlamətləri mövcuddur".
Qeyd edək ki, Əhliman Lətifovun bir oğlu var.
Ehtiram Muradov
XXX
11:48
Almaniyada yaşayan Əhliman adlı azərbaycanlı dava zamanı öldürülüb.
"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir şəhərindən olan və bir müddətdir Almaniyada çalışan Əhliman moldovalı şəxslərlə dava-dalaş zamanı baş nahiyəsindən ağır xəsarətlər alıb və xəstəxanaya çatdırıldıqdan az sonra vəfat edib.
Qeyd edək ki, dava kafedə başlayıb. Vəfat edən şəxsin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.