Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
"Yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda bildirilir.
*** 14:06
Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.