Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edib.
"Unikal" xəbər verir ki, səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.
Səfər çərçivəsində Türkiyənin XİN rəhbərinin ikitərəfli görüşlər keçirməsi gözlənilir.
17:54
Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirimiz 2024-cü il yanvarın 23-də BMT Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Səfər çərçivəsində onun ikitərəfli görüşlər də keçirməsi planlaşdırılır", - deyə məlumatda deyilir.