Güclü duman və külək səbəbindən Batumi Beynəlxalq Hava Limanından İstanbula bəzi reyslər təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Batumi hava limanının məlumatında deyilir. 

"Pis hava şəraiti ilə əlaqədar uçuşlar təxirə salınıb. Batumidə külək və duman var, arabir yağış yağır", - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, bir gün əvvəl Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması ilə bağlı anonim xəbərə görə iki saat gecikmişdi.

Hava limanında partlayıcı qurğu tapılmamışdı.