Gürcüstanın Batumi şəhərində “Grand Mall”, “Metro City” və “Plaza” ticarət mərkəzlərindən vətəndaşlar təcili təxliyə edilib.

"Unikal" yerli mətbuata istinadən xəbər verir ki, ticarət mərkəzlərindən birində bomba qoyulması ilə bağlı xəbardarlıq zəngi gəlib.

Vətəndaşlar bildiriblər ki, binaları tərk etmə səbəbi deyilməsə də, lakin bomba mütəxəssisləri əraziyə cəlb olunub.