Türkiyənin Diyarbəkirdə "Diclə Belediyespor"un futbolçularını daşıyan mikroavtobus aşıb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində 10 nəfər xəsarət alıb. Diyarbəkirdə "Diclə Belediyespor"un futbolçularını daşıyan mikroavtobus yağış səbəbindən sürüşkən olan yola aşıb. Qəza nəticəsində futbolçular da daxil olmaqla 10 nəfər xəsarət alıb.

Qəza günorta saatlarında Lice səmtinin Fis Ovası yerində baş verib. 1-ci Həvəskarlar Liqasında mübarizə aparan və "Lice Güç Spor"la oyun üçün yola çıxan "Diclə Belediyespor" futbolçularını daşıyan midibus yağış səbəbindən sürüşkən olan yolda idarəetmədən çıxaraq aşıb.

Xəbər üzərinə hadisə yerinə xilasetmə, sağlamlıq və jandarma qrupları sövq edildi. Qəza nəticəsində futbolçular da daxil olmaqla 10 nəfər xəsarət alıb.Yaralılar sağlamlıq qrupları tərəfindən Lice və şəhər mərkəzindəki xəstəxanalara göndərilib. Yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilərkən, Lice Güçlü Spor-Dicle Belediyespor matçı təxirə salınıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.