İtaliyanın “Atalanta” komandası UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşmaq istəyir.
"Unikal" xəbər verir ki, bu barədə klubun baş direktoru Luka Perkassi İtaliya mətbuatına açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında olan məsafənin uzaqlığına baxmayaraq, Azərbaycanda oynamaq daha yaxşı olar: “Mümkün olsaydı, daha əvvəl qarşılaşdığımız komandalardan qaçardım. Şəxsən mən yeni bir şəhərdə oynamağın tərəfdarıyam. Məsələn, bu, Praqa da ola bilər”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” kollektivini mübarizədən kənarlaşdırsa, 1/8 finalda oynamaq hüququ əldə edəcək.